Saytda olanlar
Hal-hazırda :2 qonaq saytdadır
| Haqqımızda |
|
|
|
|
Bismillahir-rəhəmnair-rəhim. “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!” (“Yusif”, 88) Uzun illərdir ki, İmam Əli (s) məktəbinin ardıcılları, əxlaq örnəkləri Ərdəbili “Darul-İrşad” adı ilə tanıyırlar. Bu müqəddəs şəhər İslam tarixi boyu şiəliyin sütunlarından sayılaraq həmişə dünyaya böyük alim və ürafalar təqdim etmiş və bu alim və müctəhidlər Əhli-beyt (ə) bəktəbinin müdafiəsinə qalxmışlar. Hazırda da Darul-İraşadda yaşayan böyük alimlərin, tanınmış xətiblərin çıxışları bu və digər şəhərlərdə, hətta qonşu ölkələrdə böyük maraqla qarşılanır. “Darul-İrşad” saytının əhəmiyyəti: Azərbaycan bölgəsi, xüsusilə Ərdəbil vilayəti yeni müstəqillik qazanmış bir sıra ölkələrlə həmsərhəd olduğundan xüsusi siyasi və mədəni əhəmiyyətə malikdir. Adı ötən ölkələrdə son zamanlarda antişiə və anti-islam əleyhinə paliqona çevrilib. Belə mənfi təbliğatlarla mübarizə aparmaq güclü və müasir metodlardan istifadə etməyi tələb edir. Buna əsasən, ölkə daxili və xaricində dərin dini prinsip və əxlaqi dəyərləri yayan saytın təsis edilməsi öncədən nəzərdə tutulmuş əsas addımlardan biri idi. Uzun araşırmalardan sonra adı ötən sayt bir neçə dildə yaradıldı. “Darul-İrşad”ın səciyyələri: Satda yerkləşdirilən əksər mövzular Ustad Seyid Həsən Amilinin çıxışlarını, cümə namazı xütəbələrini və bir sıra yazılı əsərlərini ihtifa edir. Saytda yerləşdirilən bütün materillarda asan və pulsuz endirmək və ya çap etmək mümkündür. Saytın zənginləşdirilməsi məqsədi ilə digər əxlaq müəllimlərinin çıxış və əsərlərindən də istifadə edilmişdir. Beləliklə, Əhli-beyt (ə) məktəbinə aid nəfis etiqadi və əxlaqi inciləri bir yerə toplayaraq hidayət yolu axtarışında olanlara təqdim etmək qərarına gəldik. Xatırladaq ki, sayt daha da zənginləşdirilir, hazırda saytda az materialın yerləşdirilməsi isə yalnız vaxt azlığı ilə əlaqədardır və inşallah, gələcəkdə sayt digər dillərdə də fəaliyyətə başlayacaq. Adı sadalanan mövzularla yanaşı Ərdəbil vilayətinə aid olan materialalr da dərc edilmişdir. Şübhəsiz dərc edilən materiallar kafi deyil. Maraqlananlar aidiyyatlı saytlara müraciət edə bilərlər. Sayt rəhbərlikləri: “Darul-İrşad” saytı Hüccətül-İslam vəl müslimin Doktor Seyid Həsən Amilinin icazəsi ilə qurulub və idarə edilir. Saytın idarəçiliyini alimin bir qrup şagirdləri öhdəsinə alıb. Allah-taaladan hamısına uöurlar diləyirik. “Darul-İrşad” saytı yalnız Əhli-beyt (ə) maarifinin yayılmasını məqsəd seçdiyindən saytda dərc edilən materialalrdan istifadə etmək azaddır. Oxucuların tənqid və təkliflərini məmnuniyyətlə qəbul etməyə hazırıq. |





